DÜNYA


Filippin Prezidenti konqresdən hərbi vəziyyətin müddətinin uzadılmasını xahiş edib

Tokio, 19 iyul, AZƏRTAC

Filippin Prezidenti Rodriqo Duterte konqresə müraciət edərək, ölkənin cənubunda tətbiq olunan hərbi vəziyyətin müddətinin uzadılmasını xahiş edib.

NHK telekanalının yaydığı məlumatda bildirilir ki, mayda Filippinin cənubunda yerləşən Mindanao adasında yaraqlılarla hökumət qoşunları arasında baş verən toqquşmaya görə hərbi vəziyyət elan edilib. Bu addım hüquq müdafiəçiləri tərəfindən tənqidlə qarşılanıb.

Konqresə ünvanladığı məktubunda R.Duterte bəyan edir ki, adada baş verən qarşıdurmanı iyulun 22-dək, hərbi vəziyyətin tətbiq edildiyi 60 gün ərzində sakitləşdirmək mümkün olmayacaq.

Qarşıdurma may ayında, özünü “İslam dövləti” adlandıran yaraqlılar qrupunun Mindanao adasındakı Maravi şəhərinin bir hissəsini ələ keçirdikdən sonra başlayıb.

Xatırladaq ki, iyulun 17-də Prezident R.Duterte ölkənin cənubunda müsəlman muxtar regionunun yaradılması planını həyata keçirməyə çağırıb. Təşəbbüsün ölkənin müsəlman əhalisinin əksəriyyəti tərəfindən dəstəklənəcəyi gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.