DÜNYA


Filippin Prezidenti oktyabrın axırlarında Yaponiyaya səfər edəcək

A+ A

Tokio, 11 oktyabr, AZƏRTAC.

Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) bu gün yaydığı məlumata görə, Filippin Prezidenti Rodriqe Duterte oktyabrın 25-dən 27-dək bu Gündoğar ölkəyə rəsmi səfərə gələcək.

Məlumatda qeyd edilir ki, səfər çərçivəsində R.Duterteni İmperator Akihito qəbul edəcək və onun Baş nair Şinzo Abe ilə görüşü keçiriləcək.

XİN-in məlumatında deyilir: “Yaponiya hökuməti Filippin Prezidentinin səfərini səmimi qarşılayır və ümid edir ki, bu səfər Yaponiya ilə Filippin arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək”.

Bu, Prezident R.Dutertenin Yaponiyaya ilk rəsmi səfəridir. Sentyabrda o, Baş nazir Şinzo Abe ilə Laosda, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində görüşüb.

Cari ilin mayında dövlət başçısı seçilən R.Duterte dünya ilderlərinin ünvanına kəskin ifadələr işlətməsi ilə məşhurlaşıb.

Filippin liderinin kobudluğuna səbəb kimi onun ölkədə narkoticarətlə mübarizədə tətbiq etdiyi üsulların beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqidi göstərilir. Polisin məlumatına görə, R.Duterte hakimiyyətə gəldiyi gündən ölkədə narkoticarətlə əlaqədə şübhəli bilinən 2,4 min nəfər öldürülüb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.