DÜNYA


Filippin Prezidenti ölkənin cənubunda ekstremistləri  məhv etmək niyyətini bir daha təsdiq edib

Tokio, 25 iyul, AZƏRTAC 

Filippin Prezidenti Rodriqe Duterte ölkənin cənubunda İŞİD qruplaşması ilə əlaqədə olan silahlı ekstremistləri məhv etmək barədə niyyətini bir daha təsdiq edib.

Bu barədə o, Manilada konqresin nümayəndələr palatasında ölkədə vəziyyət barədə çıxış edərkən bildirib.

R.Duterte qeyd edib ki, bu məqsədlə o, silahlı qüvvələrə, polisə hər cür yardım göstərməyə hazırdır və əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürür.

Xatırladaq ki, may ayında silahlı qüvvələrin ekstremist yaraqlılarla toqquşmasından sonra Mindanao adasının Maravi şəhərində hərbi vəziyyət elan edilib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.