DÜNYA


Filippin Prezidentinin Yaponiyaya səfəri başlayıb

A+ A

Tokio, 26 oktyabr, AZƏRTAC.

Oktyabrın 25-də Filippin Prezidenti Rodriqe Dutertenin Yaponiyaya üç günlük səfəri başlayıb. Səfər zamanı onun Baş nazir Şinzo Abe ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq və Cənub-Çin dənizində ərazi mübahisəsi ilə bağlı müzakirələr aparacağı bildirilir.

Bu, R.Dutertenin Filippinin dövlət başçısı seçilməsindən sonra Yaponiyaya ilk rəsmi səfəridir.

Yaponiyaya yola düşməzdən əvvəl o, Manilanın hava limanında jurnalistlərə bildirib ki, bu səfər Yaponiya ilə Filippin arasında möhkəm və strateji tərəfdaşlığın formalaşması üçün əlverişli imkandır.

Filippin Prezidenti, həmçinin bildirib ki, səfər zamanı o, Yaponiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşmək və onları ölkəsinin iqtisadiyyatına investisiyalar yönəltməyə dəvət etmək niyyətindədir.

Oktyabrın 24-də NHK televiziya kanalına müsahibəsində isə R.Duterte qeyd edib ki, səfər çərçivəsində o, ümumi maraqlar, milli müdafiə və dəniz təhlükəsizliyi məsələlərini müzakirə etməyə hazırdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.