Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Filippin Respublikasının Prezidenti Rodriqo Roa Dutertedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Filippin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edərək, Filippinin ikitərəfli münasibətlərimizi daha da möhkəmləndirmək arzusunu bildirir və gələcək illərdə əlaqələrimizin qarşılıqlı maraq doğuran daha çox sahəni əhatə edəcəyinə ümidvaram.

Mən Zati-alinizə möhkəm cansağlığı arzulayır, Azərbaycanı daha böyük inkişaf və rifaha apardığınız bu yolda Sizə davamlı müvəffəqiyyətlər arzulayıram.

Zati-aliləri, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Rodriqo Roa Duterte

Filippin Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin