DÜNYA
Filippin ilə Çin arasında Cənub Çin dənizində mübahisəli ərazi ilə bağlı müzakirələr aparılacaq
Tokio, 16 may, AZƏRTAC
Filippin Prezidenti Rodriqo Duterte bildirib ki, ölkəsi və Çin cari həftənin sonlarında Cənub Çin dənizində mübahisəli ərazi ilə bağlı müzakirələrə başlayacaq.
R.Duterte Pekində keçirilən “Bir kəmər, bir yol” forumu çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb.
Görüşün əvvəlində R.Duterte deyib ki, iki ölkə arasında ərazi mübahisələri ilə bağlı müzakirələr mayın 19-da Pekində başlayacaq. O, ümidvar olduğunu bildirib ki, danışıqlar uğurla nəticələnəcək.
Bu ərəfədə Filippin mediası yazıb ki, Çində keçiriləcək danışıqlarda diplomatik nümayəndələr ilk olaraq dialoqun necə qurulmasını müzakirə edəcəklər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]