DÜNYA


Filippin parlamenti ölkənin cənubunda hərbi vəziyyətin uzadılması təklifini bəyənib

Tokio, 22 iyul, AZƏRTAC

Filippin parlamenti ölkənin cənubunda hərbi vəziyyətin 2017-ci il dekabrın 31-dək uzadılması təklifini bəyənib. Bu barədə “CNN Philippines” telekanalı məlumat yayıb.

Filippin konqresi senatının və nümayəndələr palatasının üzvləri Prezident Rodriqo Dutertenin ölkənin cənubunda hərbi vəziyyətin uzadılması barədə təklifini müzakirə ediblər. Konqresin hər iki palatasının birgə sessiyasında 261 deputat təklifin lehinə, 18 nəfər isə əleyhinə səs verib. Sessiyada ümumilikdə 279 deputat iştirak edib.

Xatırladaq ki, Mindanao adasında yaraqlılarla hökumət qoşunları arasında baş vermiş silahlı toqquşmaya görə Prezident R.Duterte hərbi vəziyyət elan edib. Hərbi əməliyyatlar təqribən 500 nəfər yaraqlının toplaşdığı Maravi şəhərində davam edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.