DÜNYA


Filippin polisi Manilada kazinoya hücum edənin şəxsiyyətini müəyyənləşdirib

Tokio, 4 iyun, AZƏRTAC 

Filippin polisi ölkənin paytaxtında kazinoya hücum etmiş kişinin şəxsiyyətini müəyyən edib. Xəbər verdiyimiz kimi, həmin hücum zamanı 36 nəfər həlak olub, 50-dək insan yaralanıb.

Polisin məlumatına görə, həmin şəxs 42 yaşlı Filippin vətəndaşıdır. Polisin vurğuladığına görə, hadisə terror aktı deyil.

Mətbuat konfransı zamanı yerli polisin rəisi deyib: “Biz cinayətkarın şəxsiyyətini axır ki, müəyyən etmişik. Qohumlarının bildirdiyinə görə, o, kazino oyunlarına aludə olduğuna görə borc içərisində boğulurmuş”.

“Resorts World Manila” otelindəki kazinoya tüfənglə hücum edən həmin şəxs burada masaları yandırıb və sonda özünü qətlə yetirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.