DÜNYA


Filippin polisi əcnəbiləri oğurlamaqda şübhəli bilinən qrupun üzvlərini həbs edib

Tokio, 21 iyul, AZƏRTAC

Filippinin hüquq-mühafizə orqanları girov müqabilində pul almaq məqsədilə əcnəbiləri oğurlamaqda şübhəli bilinən qrupun üzvlərini həbs edib. Yerli KİV-lərin verdiyi məlumata görə, qrupun tərkibinə 2 malayziyalı və 42 Çin vətəndaşı daxildir.

Filippinin ədliyyə nazirinin müavini Erikson Balms bildirib ki, saxlanılanlar son bir neçə ayda əsasən əcnəbiləri kazinodan silsilə şəkildə oğurlamaqda şübhəli bilinirlər.

Girov götürülənlərdən biri Sinqapur vətəndaşı 48 yaşlı xanım Vu Yan olub. Onun iyulun 17-də Malayziyadakı kazinolardan birində iki malayziyalı tərəfindən oğurlandığı bildirilir. E.Balmsın sözlərinə görə, cinayətkarlar həmin qadını əsirlikdə saxlayaraq döymüş və 180 min dollar məbləğində girov tələb etmişlər. Qadın iyulun 18-də azad edilib. Digər zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.