DÜNYA


Filippin prezidentinin mühafizəçiləri silahlıların qurduğu pusquya düşüb

Tokio, 19 iyul, AZƏRTAC

Filippin prezidentinin beş mühafizəçisi ölkənin kommunist partiyasının silahlı dəstələri ilə toqquşma nəticəsində yaralanıb.

Hadisə Mindanao adasının Kotabato əyalətində baş verib. CNN Philippines telekanalının məlumatına görə, prezident mühafizəsinin 10 əməkdaşının olduğu iki avtomobil nəzarət-buraxılış məntəqələrinin birində əsgər paltarı geymiş 50 yaraqlı tərəfindən saxlanılıb. Sonradan silahlı şəxslərin hərbçi olmadığını başa düşən mühafizəçilər onlara atəş açıblar. Hökumət qoşunları yaraqlıları təqib edir. Xəbərdə bildirilir ki, hücum vaxtı ölkə lideri regionda olmayıb.

İyulun 18-də Filippin prezidenti Duterte Mindanao adasında hərbi vəziyyət rejimini ilin sonunadək uzatmaq barədə ölkə konqresinə müraciət göndərib.

Xatırladaq ki, mayın 23-də “Maute” qruplaşmasının silahlıları Filippin təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum edərək Mindanao adasının Maravi şəhərini nəzarətə götürməyə nail olub. Elə həmin gün Duterte adanın bütün ərazisində hərbi vəziyyət tətbiq edib. Şəhər bütün iyun ayı boyu gedən ağır döyüşlərdən sonra yenidən hökumət qüvvələrinin nəzarətinə keçib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.