DÜNYA


Filippin: silahlılarla toqquşmadan sonra 70-dək polis yoxa çıxıb

Bakı, 12 iyun, AZƏRTAC

Filippinin Şimali Lanao əyalətində Əbu Səyyaf qruplaşmasının silahlıları arasında toqquşmalar başladıqdan sonra təxminən 70-ə yaxın polis yoxa çıxıb.

AZƏRTAC ABS-CBN News telekanalına istinadla xəbər verir ki, Mindanao Muxtar Əyalətinin polis rəisi Reuben Theodore Sindacın sözlərinə görə, polislər mütləq itkin düşmüş sayılmır. Yolların bağlanması səbəbindən onların bəzilərinin özləri haqqında məruzə etmək imkanları olmaya da bilər. O, həmçinin hərbçilərə kömək göstərən polislərin Maravi şəhərinin qərbində pusquya düşdükləri ehtimalını da zəif qiymətləndirib.

Filippinin hökumət qüvvələri ölkənin cənubunda Maravi şəhərini nəzarət altına alan “Əbu Sayyaf” və “Maute” müsəlman qruplaşmalarına qarşı aktiv hərbi əməliyyatlar aparır. Bununla əlaqədar mayın 23-dən etibarən ölkənin bəzi rayonlarında hərbi vəziyyət rejimi tətbiq olunub. Prezident Rodriqo Duterte isə bir neçə gün öncə xarici səfərlərini ləğv etmək məcburiyyətində qalıb.

“Straits Times” qəzetinin məlumatına əsasən, döyüşlər nəticəsində 38 hərbçi və bir o qədər də dinc əhali həlak olub, sox sayda insan yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.