DÜNYA


Filippində baş verən zəlzələ nəticəsində üç nəfər həlak olub

Tokio, 11 fevral, AZƏRTAC

Yerli kütləvi-informasiya vasitələrinin yaydığı məlumata əsasən, Filippində baş verən zəlzələ nəticəsində azı üç nəfər həlak olub, daha altı nəfər xəsarət alıb. 6,4 bal gücündə yeraltı təkanlar UTC vaxtı ilə saat 14:03-də qeydə alınıb. Zəlzələnin episentri Talisay şəhərindən iki kilometr cənub-qərbdə yerləşib.

DZMM radiosunun verdiyi məlumata görə, hərbiçilər üç nəfərin həlak olduğunu bildirsələr də, hələlik dağıntılar barədə məlumat verilmir. Əlavə olaraq, Suriqao əyalətində yeddi nəfərin yaralandığı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.