DÜNYA


Filippində döyüşlərin davam etdiyi Maravi şəhərindən yüzlərlə uşaq təxliyə olunub

Tokio, 8 iyun, AZƏRTAC 

Filippində artıq iki həftədir döyüşlərin davam etdiyi Maravi şəhərindən 300-dək uşaq təxliyə olunub.

Filippin Prezidenti Rodriqo Duterte ordu və yaraqlılar arasında baş verən silahlı qarşıdurma ilə əlaqədar Mindanao adasında hərbi vəziyyət elan edib. R.Dutertenin bildirdiyinə görə, ərazidə hərbi vəziyyət bir ilə qədər davam edə bilər. Əsas döyüşlər 500-dək ekstremistin cəmləşdiyi Maravi şəhərində gedir. Qarşıdurma nəticəsində 95 yaraqlının məhv edildiyi, 25 əsgərin və 19 mülki vətəndaşın həlak olduğu bildirilir.

200 min əhaliyə malik Maravinin əksər sakinləri artıq şəhəri tərk ediblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.