DÜNYA


Filippinin Maravi şəhərində 200-dən çox yaraqlı məhv edilib

Tokio, 16 iyun, AZƏRTAC 

Filippin hərbçiləri son üç həftə ərzində Maravi şəhərində “Maute” qruplaşmasının üzvü olan 225 yaraqlını məhv edib. Bu barədə ABS-CBN News telekanalı Filippin silahlı qüvvələrinin generalı Rastituto Padiliyə istinadla məlumat yayıb.

Generalın bildirdiyinə görə, yaraqlılarla döyüşlərdə 59 əsgər və 26 dinc sakin həlak olub. R.Padili əlavə edib ki, işğal olunan rayondan 1,6 mindən çox sakin azad edilsə də, hələ də 600 vətəndaş qarşıdurma ərazisindədir.

General qeyd edib ki, bir neçə yaraqlının qonşuluqda yerləşən İliqan şəhərinə keçməsi ilə əlaqədar burada da təhlükəsizlik tədbirləri gücləndirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.