DÜNYA


Filippinin cənub-şərq sahillərində 4,8 bal gücündə zəlzələ olub

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Filippin arxipelaqının cənub-şərq sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Cənubi Suriqao əyalətinin Kaqvait şəhərindən 33 kilometr cənub-şərqdə, yer səthindən 42 kilometr dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı verilməyib, həlak olanlar və dağıntılar barədə hələlik heç bir məlumat yoxdur.

Dünyanın ən iri arxipelaqları olan İndoneziya və Filippin Sakit Okean alov halqasının bir hissəsidir. Bu ölkələrin ərazisində yer qabığının hərəkəti çox zaman zəlzələ və vulkan püskürməsi ilə müşayiət olunur.

Xatırladaq ki, 2013-cü ilin oktyabrında Filippinin mərkəzi hissəsində baş verən 7,2 bal gücündə dağıdıcı zəlzələ nəticəsində 220 nəfər həlak olmuş, mindən çox insan müxtəlif dərəcəli xəsarətlər almış, 13 mindən çox ev dağılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.