DÜNYA
Filippinin yeni prezidenti seçilib
Bakı, 27 may, AZƏRTAC
Filippin parlamenti prezident seçkilərində səslərin hesablanması prosesini başa çatdırıb. Seçkinin son nəticəsinə əsasən, dövlətin yeni başçısı Rodriqo Duterte olub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, rəsmi məlumata görə, Dutertenin namizədliyinə 16,6 milyondan çox seçici səs verib. Onun ən yaxın rəqibi Leni Robredo isə 14,4 milyon səs toplayaraq ölkənin vitse-prezidenti seçilib.
Rodriqo Duterte 22 ildən çox Davao şəhərinin meri vəzifəsində çalışıb. Bir müddət əvvəl o, ölkədə ölüm hökmünü bərpa edəcəyini və cinayətkar qrup üzvlərinin, həmçinin həbs olunarkən silahlı müqavimət göstərənlərin güllələnməsi əmrini verəcəyini deyib.
Qeyd edək ki, Filippində prezident səlahiyyətlərinin müddəti 6 ildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]
Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib
- 19.04.2024 [14:50]
Latviyada yeni xarici işlər naziri təyin edilib
- 19.04.2024 [14:16]
Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib
- 19.04.2024 [13:55]
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
- 19.04.2024 [13:34]