MƏDƏNİYYƏT


Film-kataloq: “Gəlin, güllərdən danışaq”

Bakı, 11 may, Ceyhun Alışlı, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsi “Gəlin, güllərdən danışaq” adlı film-kataloq hazırlayıb.

Bu barədə AZƏRTAC-a Kino Xidməti İdarəsinin rəhbəri Gültəkin Nəriman məlumat verib: film-kataloqa “Çiçək yağışı”, “Güllər səltənəti”, “Çiçəklər dünyası”, “Təbiət möcüzəsi” və “Bahar təravəti” adlı ekran əsərləri daxildir.

Rejissoru və ssenari müəllifi G.Nəriman olan ekran əsərlərində 2011-ci ildən 2015-ci ilədək Bakıda keçirilmiş Gül bayramlarından bəhs olunur.

“Filmlər Gül bayramlarında sərgilənən hər bir kompozisiyanı, incə əl işlərini tarixin yaddaşına köçürüb. Çəkilişlər bayramın hazırlıq mərhələsindən son gününədək davam edib. Ekran əsərlərində təkcə güllərdən, çiçəklərdən danışılmır. Eyni zamanda, ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın inkişafında tarixi rolu, mədəniyyətimizə diqqət və qayğısı, ölkəmizin və xalqımızın gələcəyinə hesablanmış uzaqgörən siyasəti canlandırılır”, - deyə G.Nəriman vurğulayıb.

Film-kataloqun ictimaiyyətə yaxın günlərdə təqdim olunması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.