SİYASƏT
“Financial Times” Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından yazır
Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi, Prezident İlham Əliyev ilə görüşlərindən bəhs olunur. Müəllif iki ölkə arasında enerji sahəsində əməkdaşlığın “Şahdəniz”, “TANAP” və “TAP” layihələri ilə daha da möhkəmləndiyi yazır. Bu layihələrin Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayacağı diqqətə çatdırılır.
Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunur və Türkiyənin problemin həllində ölkəmizi beynəlxalq arenada yaxından dəstəklədiyini bildirir. Məqalədə, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın “Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər Türkiyə-Ermənistan münasibətlərində heç bir irəliləyiş olmayacaq” fikrinə də yer verilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London