SİYASƏT
“Financial Times” qəzetində Azərbaycanın Böyük Britaniyadakı səfirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cavab məktubu dərc edilib
Qəzetdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin həmin yazıya cavab məktubu dərc edilib.
Cavab məktubunda deyilir ki, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın “mübahisəli ərazi” adlandırılması həqiqətə uyğun deyil. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və hazırda 7 ətraf rayonu ilə birgə Ermənistanın işğalı altındadır. Bu fakt hər zaman nəzərə alınmalıdır və həqiqətdən yayınmaq olmaz.
Səfir bildirib ki, Dağlıq Qarabağda hazırda beynəlxalq legitimliyi olmayan işğalçı, separatçı rejim fəaliyyət göstərir və nəticədə yüz minlərlə soydaşımız yurd-yuvalarından didərgin salınıb. Bu ərazini “mübahisəli ərazi” adlandırmaq legitimlik qazanmağa cəhd edən separatçıların xülyasıdır və onlar əzəli torpaqlarımızda etnik təmizləmə siyasəti aparırlar.
Diplomat məktubunun sonunda qəzetin ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələsinə hər zaman həssaslıqla yanaşdığından xəbərdar olduğunu ifadə edir və mətbuat qurumunu Azərbaycan da daxil olmaqla bütün hallarda eyni həssaslığı göstərməyə səsləyir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London