REGİONLAR


Fındıq bağlarının artırılması əhalinin maddi gəlirlərini daha da artıracaq

Qax, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin Qax rayonuna hər səfəri yeni-yeni obyektlərin, sosial-infrastruktur layihələrinin, emalyönümlü müəssisələrin açılışı ilə yadda qalır. Bu dəfəki səfər də istisna təşkil etməyib, yeni avtomobil yolları, elektrik yarımstansiyası istifadəyə verilib. Rayonumuzda Bayraq Muzeyinin açılışı isə, bir gənc kimi, məni çox qürurlandırdı. Fəxr edirəm ki, indi şəhərimizin girişində, 62 metr yüksəklikdə üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Bu sözləri Qax şəhər sakini Elnur Abdullayev AZƏRTAC-a müsahibəsində deyib.

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin məhz Qaxda keçirilməsinin rayonun hər bir sakini kimi, onda da böyük qürur hissi doğurduğunu vurğulayan gənc deyib: “Qısa müddətdir ki, fındıq bağlarının salınması ilə məşğul olan şirkətin yerli qurumunda işlə təmin olunmuşam. Dövlətimizin başçısı müşavirədə digər sahələrlə yanaşı, fındıqçılığın da gələcək inkişafı ilə bağlı çox mühüm məsələlərə toxundu, tapşırıqlar verdi. Yaxın gələcəkdə respublikamızda mövcud fındıq bağlarının sahəsinin 80 min hektara çatdırılması qarşıya hədəf olaraq qoyulub. Fındıqçılığın çox gəlirli sahə olduğunu nəzərə alsaq, deməli, gələcəkdə kənd əhalisinin gəlirlərinin daha da artması üçün real şərait yaranacaq. Bu sahədə çalışan gənc olaraq, qarşıya qoyulan məqsədlərə çatmaq üçün var qüvvəmlə çalışacağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.