DÜNYA


“Finecobank” payızda Böyük Britaniya bazarına çıxmağı planlaşdırır

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

İtaliyanın "Unicredit" şirkətinin törəməsi olan "Finecobank" bu ilin payızında Böyük Britaniya bazarına çıxmağı planlaşdırır.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, "Finecobank" 1990-cı illərin əvvəllərindən İtaliyada fəaliyyət göstərir və hazırda 55 milyard avro aktivlərə və təxminən 1,1 milyon müştəriyə malikdir. Kredit müəssisəsinin rəhbəri Alessandro Fotinin sözlərinə görə, "Finecobank" Avropada ənənəvi bank xidmətləri ilə yanaşı, broker və investisiya məhsulları təklif edən yeganə bankdır. "Finecobank" Böyük Britaniyada hesablaşma və əmanət hesabları, pensiya proqramları və broker xidmətləri təklif etməyə hazırlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.