ELM VƏ TEXNOLOGİYA


Finlandiya alimləri Şimal Qütb parıltısının səslə müşayiət olunmasını isbatlaya biliblər

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Aalto Universiteti tədqiqatçılarının nəzəriyyəsinə görə, səslərin mənbəyi yer səthindən təxminən 70-80 metr yüksəklikdəki inversiya qatında, yəni 80-300 kilometr yüksəklikdə baş verən parıltının özündən xeyli aşağıda yaranır.

Universitetin akustika professor-emeritusu Unto Layne tədqiqatçılar qrupu ilə birlikdə həmin hadisəni 17 il öyrənərək sübuta yetirib ki, Qütb parıltısının səslə müşayiət olunması təxəyyülün məhsulu deyildir, elmi isbatı olan faktdır.

Əvvəllər güman edilirdi ki, Qütb parıltısının səsləri kimi hadisə mövcud deyil, hərçənd çoxları bu səsləri eşidib. Bundan əlavə, Şimal xalqlarının çoxunun mifologiyasında belə bir inam var ki, Qütb parıltısı zamanı partıldama və küy eşitmək olar.

Amerika alimləri bu hadisəni 1960-cı illərdə Alyaskada tədqiq ediblər, lakin onun mövcudluğuna heç bir sübut tapmayıblar. Bundan sonra NASA bəyan edib ki, Qütb parıltısının səsləri elmi baxımdan nonsensdir.

Hazırda Finlandiya alimləri bunun əksini isbatlaya biliblər. Onlar elmi araşdırmalarının nəticələrini 2016-ci ilin yayında Stokholmda keçirilən Beynəlxalq Akustika Konfransında təqdim ediblər. Bu yaxınlarda Finlandiyanın Kuhmo şəhərində Qütb parıltısı ilə bağlı seminarda da bu tədqiqatdan söz açılıb. Müəyyən mövhumatın olmasına baxmayaraq, elm dünyası Finlandiya alimlərinin geniş tədqiqatının nəticələrinə müsbət yanaşıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.