DÜNYA


Finlandiya hökumətində parçalanma baş verib

Helsinki, 13 iyun, AZƏRTAC

Koalisiya Partiyası və “Mərkəz” hökumətdə “Həqiqi finlər” ilə əməkdaşlığı davam etdirməkdən imtina ediblər.

Finlandiya hökumətində parçalanma baş verməzdən əvvəl hakim partiyalardan birinin rəhbərliyi dəyişib: Avropa İttifaqına şübhə ilə yanaşan və indiki miqrasiya siyasətinin əleyhdarı olan Yussi Xalla-Axo hakim sağçı “Həqiqi finlər” partiyasının sədri seçilib.

Baş nazir Yuxa Sipilin sözlərinə görə, hökumətdə islahat aparılmasının məqsədi iqtisadi artımı saxlamaq, artıq başlanmış islahatların davam etdirilməsini və hökumət proqramının yerinə yetirilməsini təmin etməkdir.

Prezident Sauli Niiniste ümid edir ki, tezliklə yeni hökumət formalaşdırılacaq. Prezidentin sözlərinə görə, vəziyyətin böhranlı olduğunu demək üçün əsas yoxdur.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.