İQTİSADİYYAT


Finlandiya sakitliyi milli brendə çevirməyə hazırlaşır

Helsinki, 10 mart, AZƏRTAC

Finlandiyanın sakit və dinc həyat tərzi turistləri cəlb edir. “Visit Finland” şirkəti də bunu milli brendə çevirmək qərarına gəlib.

“Yle” xəbərlər xidmətinin yaydığı məlumata görə, Almaniyada dünya turizm sərgisinin əsas ideyası da məhz sakitlik olub. Suominin (Finlandiyanın) turizm nümayəndələri bu istiqaməti inkişaf etdirmək istərdilər.

Laplandiya şirkətləri həmin ideyaya birinci qoşulublar. Məsələn, regionun turizm bürosunun rəhbəri Teyya Mikkola bildirib ki, Finlandiyanın şimalına səfər edənlərin çoxunun əsas təəssüratları sakitliklə bağlıdır. Laplandiya üçün yay fəsli gərgin mövsüm deyildir, amma turizm nümayəndələri sakitlik brendini irəlilətməklə, səyyahların axınını təmin edə bilərdilər. Artıq indinin özündə bir neçə şirkət bu qəbildən səyahətlər təklif edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.