DÜNYA


Finlandiyada Suriya müharibəsi qurbanlarının xatirəsi kilsə zəngləri ilə yad ediləcək

A+ A

Helsinki, 13 oktyabr, AZƏRTAC

Bu gün Finlandiyadakı Yevangelist Lüteran kilsələrinin çoxunda Suriyanın Hələb şəhərinin bombardman edilməsi nəticəsində həlak olanların xatirəsi kilsə zəngləri ilə qeyd olunacaq. Bu kilsələrdə zənglər oktyabrın 24-nə - BMT Gününə qədər hər gün səslənəcək.

Kilsədə anım zəngi çalınacağını birinci olaraq Finlandiya paytaxtının Kallio rayonundakı kilsə elan edib. Daha sonra başqa kilsələr də bu təşəbbüsü dəstəkləyiblər. Artıq, ölkədəki 30 kilsə zəng aksiyasında iştirak edəcəyini bildirib.

Anım kilsə zəngləri hər gün saat 17:00-da çalınmağa başlayacaq.

Kallio kilsəsinin vikarisi Teemu Laayasalonun sözlərinə görə, kilsə zəngi Suriya müharibəsi qurbanlarının, xüsusən Hələbin bombardman edilməsi qurbanlarının xatirəsinə ehtiram əlamətidir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.