CƏMİYYƏT


Finlandiyada innovativ karton istehsalına başlanıb

Helsinki, 14 iyul, AZƏRTAC

Finlandiyanın "Kotkamills Oy" şirkəti orqanikliyi və möhkəmliyi ilə seçilən karton istehsalına başlayıb.

"Yle" xəbərlər xidməti bildirir ki, Norveç, İngiltərə, İsveç və Almaniya məhsulları qablaşdırmaq üçün Finlandiya şirkətinə bu kartonun sınaq partiyalarını sifariş veriblər.

Yağa, isti və soyuq mayelərə davamlı olan innovativ material insan üçün təhlükəsizdir.

Finlandiyalı mütəxəssislərin bu ixtirasının tərkibində ftorlu kimyəvi maddələr yoxdur. Son tədqiqatlara görə, belə maddələr xərçəng xəstəliklərinin inkişafına yol açır.

Almaniyada möcüzə-kartondan olan qablaşdırmada şokolad, Norveçdə dondurulmuş balıq, İsveçdə fast-fud satılacaq.

Hazırda karton Finlandiyanın Kotka şəhərində "Tall Ship Races" qayıq yarışında sınaqdan keçirilir. Tədbirdə çay və qəhvə bu kartondan hazırlanmış stəkanlarda veriləcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.