İDMAN


Finlandiyada keçirilən dünya çempionatında sərbəst güləşçilərimizin 2 bürünc medal qazanmaq şansı var VİDEO

Bakı, 2 avqust, AZƏRTAC 

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycan güləşçilərindən Şahin Muxtarov (50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər yarışıblar.

55 kq-da mübarizə aparan Əfqan Xaşalov ilk görüşündə Bolqarıstan idmançısına qalib gəlsə də növbəti görüşdə ABŞ təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz ardıcıl olaraq Əlcəzair və Özbəkistan idmançılarını məğlub edib. Bürünc medal uğrunda həlledici görüşdə Əfqan Xaşalov İran təmsilçisinə qarşı mübarizə aparacaq.

84 kq çəki dərəcəsində yarışan Hacımurad Məhəmmədsəidov ilk görüşündə ABŞ təmsilçisinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Koreya təmsilçisini mübarizədən kənarlaşdıran Hacımurad bürünc medal uğrunda görüşdə Hindistan idmançısı ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.