DÜNYA


Finlandiyanın keçmiş prezidenti evsiz-eşiksiz qadın obrazında şəkil çəkdirib

Helsinki, 21 iyun, AZƏRTAC 

Finlandiyanın keçmiş prezidenti Tarya Xalonen xeyriyyə kampaniyası çərçivəsində bir günlüyə evsiz-eşiksiz qadın (“bomj”) obrazında özünü “sınayıb”.

“Nicat ordusu” adlı xeyriyyə təşkilatının Finlandiya bölməsinin keçirdiyi yeni kampaniyası üçün bir neçə plakat buraxıb. Həmin kampaniyada ölkənin keçmiş lideri Tarya Xalonen də iştirak edib. O, tamaşaçıların qarşısında evsiz-eşiksiz qadın rolunda şəkil çəkdirib. Layihənin məqsədi onu göstərməkdir ki, hər bir insanın həyatında uğursuzluq ola bilər, hər bir insan həyatda istəmədiyi səmtə gedə bilər. T.Xalonenin şəklini çəkmiş fotoqrafın “Yle” xəbərlər xidmətinə verdiyi məlumata görə, bütün çəkiliş 20 dəqiqə davam edib: keçmiş prezident öz iş qrafikində yalnız bu qədər vaxt ayıra bilib.

Finlandiyanın sabiq prezidenti əvvəllər də “Nicat ordusu”nun aksiyalarında iştirak edib. Bundan əvvəl o, Helsinki küçələrində xeyriyyə məqsədləri üçün pul toplayıb.

Evsiz-eşiksiz insanlara kömək kampaniyasında “Angry Birds” (“Qəzəbli quşlar”) adlı kompüter oyununun müəllifi Peter Vesterbaka da iştirak edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.