REGİONLAR


Firəngiz Əlizadə: “İpək Yolu” festivalı ildən-ilə daha geniş vüsət alır

Şəki, 2 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə keçirilən “İpək Yolu” VIII Beynəlxalq musiqi festivalı artıq öz işini yekunlaşdırıb. Festival bu dəfə də yüksək səviyyədə təşkil olunmuşdu. Biz burada bir çox xalqların musiqisini, mahnılarını dinlədik. Festivalda gənclər də, tanınmış sənətçilər də çıxış etdilər, öz mahnı və rəqslərini ifa etdilər. Şəki yenə də onları yüksək qonaqpərvərliklə qarşıladı.

AZƏRTAC xəbər verir ki, bu fikri Şəki “İpək Yolu” VIII Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın bağlanış mərasimində jurnalistlərə müsahibəsində bildirib.

“İpək Yolu” festivalının şöhrətinin ildən-ilə artdığını vurğulayan F.Əlizadə deyib: “Çox şadıq ki, festivalımız hər il daha geniş vüsət alır, iştirak etmək istəyən ölkələrin sayı artır. Bu festival doğrudan da böyük bir musiqi bayramıdır. Ona görə də yayda hamı Şəkiyə gəlməli, bu gözəl festivalın konsertlərini izləməlidirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.