Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Firəngiz Əlizadə: İstedadın sehrli qüvvəsi

Firəngiz Əlizadə: İstedadın sehrli qüvvəsi

Bakı, 20 noyabr, AZƏRTAC

Şübhə yoxdur ki, dünya musiqi Olimpində “Dünya Artisti” Firəngiz Əlizadə adlı bir ulduz parlayır. Onun musiqisi Qərbin xoreoqraf, quruluşçu və musiqi tənqidçilərinin diqqət mərkəzindədir. Firəngiz Əlizadənin skripka üçün yazdığı “İmpuls” əsəri Hillari Xaanın ifasında prestijli “Grammy” mükafatına nominasiya edilib, Azərbaycan bəstəkarının istedadının minlərlə pərəstişkarı bu əsərin müəllifinə minnətdarlıq və ehtiram bildirib. Bu musiqi dünyanın müxtəlif guşələrində böyük sevinclə qarşılanıb. Hillari Xaan özü bizim maestronun musiqisinin fanatı olduğunu dəfələrlə qeyd edib.

F. Əlizadə iki tammetrajlı baletin – 1993-cü ildə Türkiyə Mədəniyyət Nazirliyinin sifarişi ilə yazılmış “Boş Веşik” və 2000-ci ildə “Akademie der Kunste”nin (Berlin) sifarişi ilə yazılmış “Stadt-Graniza” baletlərinin müəllifidir. Qeyd etmək lazımdır ki, onun əsərləri çox vaxt avanqard beynəlmiləl səhnə layihələrinin əsasını təşkil edir. Bütün bu səbəblərə görə F. Əlizadənin musiqisinə müraciət edən xoreoqrafların və balet quruluşçularının sayı durmadan artır. Lap təzə bir misal göstərək: 2015-ci il sentyabrın 24-də və 25-də Toronto şəhərindəki (Kanada) “Aga Khan Museum” konsert zalında “Oyan” adlı tamaşa olub. Amerika qitəsində F.Əlizadənin musiqisinin yenidən səslənməsi dinləyicilərə və tamaşaçılara unudulmaz anlar bəxş edib.

Hazırda Kanadada yaşayan İran mənşəli rəqqas və xoreoqraf Əli Rza Zərif tərəfindən on il bundan əvvəl yaradılmış “Sashar Zarif Dance” bəstəkara müraciət edərək onun əvvəlki “Oyan” və “Muğamsayağı” əsərləri əsasında 45 dəqiqəlik yeni kompozisiya yaratmasını xahiş edib. Bu kompozisiyada iki əsərin ifası elektron musiqi, habelə Mirələm Mirələmovun (xanəndə) və Elnur Mikayılovun (kamança) canlı ifası ilə müşayiət olunub. Nəticə etibarilə çox maraqlı bir musiqi əsəri və onun əsasında bir ifaçı üçün tamaşa yaranıb. Bu ifaçının rəqsində müasir balet, dərvişin caduları, gimnastika tryukları, jestlərin və mimikanın simvolizmi cəmləşib. Violonçel tembri kamança səsinə qarışır, xanəndənin səsi isə şövqlü rəqs ritmlərini daha da çılğınlaşdırır. Şəxsiyyətin yaranması və onun yaradıcılığı, dünyanın yaranması və kainatın sirləri barədə bütöv bir “səhnə” əmələ gəlir. İşıq və rəng effektləri görmə sırasını tamamlayaraq onu daha həcmli və təsirli edir. Bu, çox böyük effektdir. Dalbadal iki gün gurultulu alqış sədaları, tamaşalardan sonra nəzərdə tutulmayan mətbuat konfransları, yeni-yeni yaradıcılıq təklifləri...

Kanadadakı uğurun təsiri hələ keçməmiş Almaniyada F.Əlizadənin musiqisinə yeni layihə başlanması elan edilib. “Landestheater” teatrı (Koburqa, Bavariya) Mosart, Firəngiz Əlizadə, Con Lennon və Pol Makkartninin musiqisi əsasında 2015-ci il dekabr ayından 2016-cı il mart ayına qədər nəzərdə tutulan 11 tamaşanın konkret tarixlərini elan edib. Firəngiz Əlizadənin simfonik və kamera musiqisi əsasında yeni “Trance” baletinin quruluşçusu almaniyalı xoreoqraf Renata Lidtkedir, baş rolu yaponiyalı rəqqas Takaşi Yamomoto ifa edir. Bir klassik və müasir avanqard musiqinin iki nümayəndəsi. Təsadüfü deyil ki, Firəngiz Əlizadənin adı Avropada keçmiş və müasir dövrün üç görkəmli musiqiçisi sırasındadır. Öz-özümə soruşuram: nə üçün Qərb bizim maestronu alqışlayır və yalnız bizim bəstəkarın musiqisini dinləmək istəyir? Musiqi özü qərbli dinləyici və tamaşaçının qəlbinə yol tapmasa, onların etimadını qazanmaq mümkün deyil. Bu əsrin əvvəlində bir neçə məşhur şəxsin rəylərinə fikir verin. 2001-2003-cü illər mövsümündə “Mugamsayağı” əsərinin musiqisi əsasında italyan xoreoqrafı Hyuqo Fanari Brodveydə (Nyu-York) “Song of Azerbaijan” baletinin, portuqaliyalı xoreoqraf Emmanuel Ribeyronun “Andrey Tarkovskinin kino dünyası” adlı performansı, Helsinki Opera Teatrının səhnəsində uzun illər tamaşaya qoyulan birpərdəli “One” baleti – bütün bu əsərlərin musiqisi bizim görkəmli maestroya məxsusdur.

Bəs F. Əlizadənin musiqisində müxtəlif millətlərdən olan xoreoqrafları cəlb edən nədir? Onun yaradıcılıq üslubunun hansı cəhətlərini digər müasir bəstəkarların yaradıcılığında tapa bilmirlər? Burada məşhur tədqiqatçıların, musiqişünasların söylədiklərinə diqqət yetirmək vacibdir. Onlar Azərbaycan bəstəkarının populyarlığı fenomenini dəfələrlə vurğulayıblar.

“New York Times” qəzetinin musiqi şərhçisi Kyle Gann yazır: “Şübhəsiz, Firəngiz Əlizadə 20-ci əsrin ikinci yarısında Şərqi Avropada ən maraqlı şəxsiyyətlərdən biridir”.

Başqa bir fakt: “Time Out” New York nəşrinin musiqi tənqidçisi Susan Cekson yazır: “Firəngiz Əlizadənin universal musiqisi dinləyicilərə sehrli təsir göstərir. Bu musiqi melodiyalar və parlaq texnika ilə zəngindir”.

Paul Qriffits: “Crossing-2” əsəri parlaq və cəlbedicidir. Bu əsərdə Şərq ilə Qərbin sintezinin necə ola biləcəyi sualına yer qalmır. Əsər bu suala çox gözəl cavab verir” (“New York Times”, 1997-ci il).

Andre Cut–«Irish Examiner» 2004: “Ciddi musiqi sahəsində Şərqin nadir nümayəndəsi Firəngiz Əlizadə, şübhəsiz, böyük istedad sahibidir. Uzaq Azərbaycandan gəlmiş bu qadın Şərqin emosional gücünü və intellektual dərinliyini özündə cəmləşdirməyə və bütün bunları qərb bəstəkarlıq məktəbinin avanqard texnikası ilə əlaqələndirməyə nail olub”.

Alman musiqişünası Ulrika Patofun Almaniyada nəşr edilmiş kitabından da çoxlu sitatlar gətirmək olar. Bu müəllif F. Əlizadənin böyük istedadını, onun bəstəkarlığını, pianoçuluğunu, musiqişünaslığa dair işlərini, pedaqoji fəaliyyətini, habelə Türkiyə, Amerika və İsveçrədə dirijor kimi çıxışlarını əhatə edən fəaliyyətinin geniş miqyasını dönə-dönə vurğulayır.

Lakin bu kitabın bəlkə də ən maraqlı cəhəti həmin nəşrə Firəngiz Əlizadənin yaradıcılığı və şəxsiyyəti barədə (2007-ci ilə qədər olan dövrə aid) bütün Avropa dillərində 220 adda biblioqrafik siyahı daxil edilməsidir. Bu, Azərbaycan musiqisi tarixində unikal hadisədir.

Bəs F. Əlizadə üslubunun hansı cəhətləri tədqiqatçıların diqqətini xüsusilə cəlb edir? Bu, maraqlı və diqqətə layiq sualdır. Cavab isə belədir: Musiqi obrazlarının qabarıqlığı, tembr zərifliyi, dramaturji ölçü həddi, Avropa və Şərq musiqi alətlərinə əsl virtuoz kimi bələd olmaq, müxtəlif bəstəkarlıq texnikasından istifadə edilməsində tükənməz fantaziya...

Xaricdən alınan xəbərlərin sayı artmaqdadır. Və bu xəbərlərin hamısı Qərbin mədəniyyət xadimlərinin bizim məşhur həmvətənimiz, Azərbaycan Respublikasının fəxri və milli sərvəti olan, müasir dövrün görkəmli bəstəkarı Firəngiz Əlizadənin musiqisinə və yaradıcılığına tükənməz maraq barədədir.

Zeytulla Cabbarov

Əməkdar Jurnalist

Məxsusi olaraq AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO