Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Firəngiz Əlizadə: Qəlbinizin səsini dinləyin, onda hökmən öz ilham mənbəyinizi tapacaqsınız

Bakı, 27 mart, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqının şanlı tarixi yolu həmişə gənc nəslin estetik tərbiyəsi probleminə diqqət ilə əlamətdar olub. Bu mühüm məsələnin həll edilməsi üçün gənclərlə işin müxtəlif formaları işlənib hazırlanıb. Məsələn, yaradıcı görüşlər məktəblilərə və tələbələrə ölkəmizin musiqi mədəniyyətinin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradıb.

Bəstəkarlar İttifaqı dialoq üçün həmişə açıqdır. Bu, ümumtəhsil və musiqi məktəblərinin şagirdləri, habelə tələbə gənclərlə sıx əlaqə yaratmağa imkan verir. Müştərək layihələr qarşıya qoyulan vəzifələrə və bu məsələlərin həllinə görə böyük maraqla qarşılanır.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin Bakıdakı 160 nömrəli klassik gimnaziyanın şagirdləri ilə görüşü bu baxımdan nümunə sayıla bilər. Bakılılar həmin gimnaziyanı bu gün də köhnə adı ilə “160-cı məktəb” adlandırır.

AZƏRTAC xəbər verir ki, bu dəfə məşhur 160 nömrəli məktəb fəxri qonaqları – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəni, professor İmruz Əfəndiyevanı, Əməkdar artistlər, M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Gülnaz İsmayılova və Səbinə Əsədovanı, Opera Teatrının konsertmeysteri, beynəlxalq müsabiqə laureatı Nərgiz Ağayevanı və ölkəmizin yaradıcı ziyalılarının digər nümayəndələrini qəbul edib.

Qeyd etmək lazımdır ki, “ev sahibləri” bu görüşə ciddi hazırlaşmışdı: akt zalı şagirdlərlə dolu idi, divarları bəzəyən afişalar Azərbaycanın adlı-sanlı bəstəkarının həyatına aid əlamətdar hadisələri işıqlandırırdı. Uşaqlar bu sənədli materiallarla əvvəlcədən tanış edilmişdi. Beləliklə, Firəngiz Əlizadənin yaradıcılığının bütün dünyada populyar olması barədə müəyyən təsəvvür yaranmışdı.

Gimnaziyanın direktoru, Əməkdar Müəllim Faina Ələkbərova giriş sözündə qonaqları auditoriyaya təqdim edib. O xüsusi vurğulayıb ki, bu görüş Firəngiz xanımın cari ildə dünyanın bir sıra ölkələrində təntənəli şəkildə qeyd ediləcəyi yubileyi ərəfəsində keçirilir. F.Ələkbərova deyib: “İstedadlı bəstəkarımız Firəngiz Əlizadənin fəaliyyət miqyası insanı heyran edir. Bəstəkar, pedaqoq, pianoçu, dirijor, “Muğam dünyası” və “İpək yolu” beynəlxalq festivallarının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri – dünya musiqi mədəniyyətinin inkişafına yönəlmiş bu cür geniş miqyaslı fəaliyyət “Sülh naminə UNESCO-nun artisti” fəxri adı ilə qeyd edilib”.

F.Ələkbərova şagirdlərin diqqətini belə bir fakta cəlb edib ki, həmyerlimizin istedadı müasir dünya incəsənətinin görkəmli xadimləri tərəfindən etiraf edilib və o, öz böyük müəllimləri Üzeyir Həcıbəylinin, Qara Qarayevin ənənələrini şərəflə davam etdirir. Təsadüfi deyil ki, məşhur bakılı Mstislav Rostropoviç deyirdi: “Firəngiz əsl Azərbaycan xanımı, dünyada tanınmış çox istedadlı bəstəkar, bəstəkarların ən yüksək reytinqlərindən birinin sahibidir”.

Tədbir iştirakçılarına alman kinematoqrafçıları tərəfindən çəkilmiş sənədli film təqdim edilib. Bu filmdə yaradıcılığı geniş coğrafi məkanda tanınmış Azərbaycan bəstəkarının böyük uğurlarından bəhs olunur.

Gimnaziyanın şagirdləri və müəllimləri bu filmə böyük maraqla tamaşa etdilər. Başqa cür ola da bilməzdi, axı tamaşaçılara nadir bir imkan verilmişdi: onlar istedadlı həmvətənimizin əsərlərinin dünyanın ən yaxşı səhnələrində görkəmli orkestr kollektivlərini və dünya şöhrətli solistlərin ifasını görmək və dinləmək imkanı qazanmışdı. Adlı-sanlı Azərbaycan bəstəkarının musiqisinin dinləyiciləri necə cəlb etməsini, bu musiqinin onlarda necə duyğular oyatmasını anlamaq üçün videoxronika kadrlarına diqqətlə baxmaq kifayətdir. Bu, həqiqətən belədir. Əks halda, bəstəkarın yaradıcılığı, onun peşəkar maraqları barədə auditoriyadan bir-birinin ardınca gələn sualları nə ilə izah etmək olardı! Hiss olunurdu ki, bu uşaqlar Firəngiz xanımın sənəti ilə artıq tanışdırlar. Əlbəttə, 160 nömrəli məktəb özünün ən yaxşı ənənələrinə sadiqdir. Məlum oldu ki, “Musiqi” fənnindən dərs deyən Larisa Doroşenko bu görüşdən əvvəl siniflərdə F.Əlizadənin yaradıcılığa həsr edilmiş dərslər keçib. Etiraf edirəm ki, şagirdləri müşahidə etmək çox xoş idi. Məktəblilər özlərini təqdim etməyi unudaraq həqiqətən onları maraqlandıran məsələlər barədə suallar verirdilər. Şagirdlər, məsələn, Firəngiz xanımın Qara Qarayevlə ilk görüşü, “Sülh naminə UNESCO-nun artisti” fəxri adının nəzərdə tutduğu vəzifələr, “İpək yolu” festivalının əsas ideyası və bu festivalın nə üçün belə adlanması, bəstəkarın violonçel musiqisinə marağının Mstislav Rostropoviçin şəxsiyyəti ilə bağlı olub-olmaması barədə danışmasını xahiş edirdilər.

Firəngiz xanım bütün bu suallara cavab verərkən Azərbaycan musiqi mədəniyyətinin korifeylərinin yaradıcılığına xüsusi diqqət ayırdı, onların yaradıcılığı, milli incəsənətin təşəkkülünə və inkişafına verdikləri qiymətli töhfə barədə söhbət açdı.

Bəstəkar sevimli əsərinə dair suala isə belə cavab verdi: “Mənim yaratdığım bütün əsərlər, obrazlı şəkildə desək, mənim övladlarımdır. Övladlar müxtəlif olur, lakin onların hər biri mənim üçün əzizdir. Bununla belə, “Habilsayağı” əsərini ayrıca qeyd etməliyəm. Bu əsərin yaranma tarixi Mstislav Rostropoviçin ən istedadlı şagirdlərindən biri olan violonçelçalan İvan Moniqettinin Bakıya gəlişi ilə bağlıdır. Mən Moniqettiyə bizim bənzərsiz kaman ifaçısı Habil Əliyevin ifasının yazıldığı qrammofon valını hədiyyə etdim. Bir həftədən sonra İvandan məktub aldım. O, Habilin ustalığı barədə heyranlıqla danışır və məndən xahiş edirdi ki, violonçel üçün, lakin Habil üslubunda bir əsər yazım. Bu əsər ilk dəfə Leninqrad (indiki Sankt-Peterburq) Filarmoniyasında ifa edildi və həmin konsertin ertəsi günü mən yuxudan ayılanda, demək olar ki, bütün dünyada məşhurlaşmışdım”.

Firəngiz Əlizadənin “İntizar” operası müasir dünyanın ən aktual problemlərini əks etdirir. Bu operadan bir fraqment – təcavüzün, insan hüquqlarının tapdalanmasının ifşa rəmzi olan hissənin nümayiş etdirilməsi uşaqlara çox güclü təsir bağışladı. Onlar nəfəs dərmədən ekrana baxırdılar. Opera tamaşasının kadrlarını Xocalı faciəsinin xronikası əvəz edəndə zala sükut çökmüşdü...

Zaldan sual: “Sizin operanızda başqasının torpağının qəsb edilməsi probleminə toxunulur. “İntizar” əsərinin süjeti lokal xarakterli hadisələrə əsaslanıbmı?”

F.Əlizadə: “Bu opera indiyə qədər dörd dəfə tamaşaya qoyulub. Həmin tamaşaların hər birində, əlbəttə, konkret hadisələrə eyham vurulur. Məsələn, tamaşanın dekorasiyalarında və atributlarında Şuşanın bir sıra memarlıq abidələrinin və peyzaj mənzərələrinin tanış cizgiləri görünür. Bu assosiasiyalar operanın ana xətti kimi keçən xarıbülbül çiçəyi sayəsində daha da güclənir. Bu çiçək Şuşanın ən geniş yayılmış rəmzlərindən biridir. Qar və buzla örtülmüş dağlarda donan günahsız insanlar səhnəsi isə Xocalı faciəsi ilə paralel duyğular oyadır.

Lakin biz libretto müəllifi Nərgiz xanım Paşayeva ilə birlikdə bu operada göstərilən faciənin ümumbəşəri xarakterini vurğulamağı qərara aldıq. Bu faciə insanlar tərəfindən laqeyd qarşılanmamalıdır. Ədalət zəfər çalmalıdır və hökmən zəfər çalacaq. Operanın “İntizar” adlanması da üzücü, səbirsizliklə gözləmək deməkdir”.

Canlı musiqi görüşə xüsusi emosionallıq gətirirdi. Zaldakı şagirdlər və müəllimlər “İntizar” operasından dueti ifa edən Əməkdar artistlər, M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Gülnaz İsmayılovanın və Səbinə Əsədovanın çıxışını alqışlarla qarşıladılar.

Zaldan sual: “Firəngiz xanım, sizin ilham mənbəyiniz nədir?”

F.Əlizadə: “Sənin qarşındakı təmiz vərəq artıq ilham mənbəyidir. Öz üzərində işləmək, çox işləmək lazımdır. Ətrafda təəssürat çoxdur. Hətta təsadüfən gördüyünüz və ya eşitdiyiniz kiçik bir hadisə səmərəli iş üçün stimul ola bilər. Mən sizi də yaradıcılığa çağırıram. Öz qəlbinizin səsini dinləyin, onda hökmən öz ilham mənbəyinizi tapacaqsınız”.

Şagirdlər bəstəkarın ailəsi ilə maraqlandılar və Firəngiz xanımın oğlunun 160 nömrəli məktəbi bitirməsi xəbərinə sevinclə münasibət bildirdilər.

Daha bir sual səsləndi: “Siz musiqi yaradırsınız, kitablar yazırsınız, konsertlərdə çıxış edirsiniz, festivallar təşkil edir, ustad dərsləri keçirsiniz. Bir sözlə, işiniz başdan aşır. Bununla belə həmişə formada olursunuz. Buna necə nail olursunuz?”

Dinləyicilər bu suala da cavab alandan sonra necə deyərlər, “sorğu-sualı” başa çatdırdılar.

Yuxarı sinif şagirdləri uzun müddət alqışladılar. Onlar Firəngiz xanımı dövrəyə alaraq yenə müxtəlif suallar verir, onunla birgə şəkil çəkdirir, öz aralarında nəyisə müzakirə edir və onlara göstərilən diqqətə, bu görüşdə aldıqları maraqlı informasiyaya və peşəsi həyatının mənasına çevrilmiş insanlarla ünsiyyətdən yaranan qeyri-adi hisslərə görə təşəkkürlərini bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qala stansiyasında avtomobil qatarla toqquşub

Cəbrayılda minalar aşkar edilib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb

AMEA-da dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır

İngiltərədə futbol azarkeşlərini daşıyan mikroavtobus aşıb

“Sumqayıt” və “Zirə” komandaları mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar

Rektor: COP29-un Azərbaycanda keçirilməsi gənclər üçün geniş imkanlar yaradır

Mil-Muğan bölgəsində pambıq səpini başlayıb - Sabirabaddan videoreportaj

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yüksəlib

Dənizkənarı Bulvar İdarəsi: Təhlükəsizliyə görə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür

Azərbaycanda yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar yaradır – RƏY

Türkiyəyə ən çox turist qonşu ölkələrdən gəlib

Siyasi şərhçi: Fransanın Ermənistanın “nazı ilə oynaması” regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır

BMU ilə “SABAH.academy” arasında anlaşma memorandumu imzalanıb

“Kəpəz”in hücumçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib

Azərbaycanın milli standartlaşdırma sistemi beynəlxalq tələblərə uyğunlaşdırılır

ANAMA: Ötən həftə 725 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

Tədqiqat: B12 vitamini xroniki iltihabı azaltmağa kömək edə bilər

Dövlət qulluğuna test imtahanının nəticəsi elan olunub

İrpendə akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı anım tədbiri keçirilib VİDEO

“Sabah” “Qarabağ”ın 18 matçlıq məğlubiyyətsizlik seriyasını qırıb

“Hubble” kosmik teleskopu qatı toz dumanında yerləşən qalaktikanın görüntüsünü yayıb

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

Azərbaycanla Oman arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Almaniyada dörd pendir növü piştaxtalardan təcili yığışdırılır

Mədəniyyət Nazirliyindən yeni layihə - “Səslənən irsimiz”

® “PAŞA Qrup” şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Gürcüstan parlamentində deputatlar arasında əlbəyaxa dava olub