MƏDƏNİYYƏT


“Fırfıra” tamaşası təqdim edilib

Bakı, 18 mart, Flora Şükürova, AZƏRTAC

Kolumbiyalı rəssam Oskar Murillonun sərgisindən ilhamlanan ADO teatrının direktoru Elmin Bədəlov və teatrın yaradıcı truppası maraqlı tamaşa ilə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, “Fırfıra” adlı tamaşanın əsas ideyası kolumbiyalı rəssamın “Dis Place” sərgisinin konsepsiyası ilə üst-üstə düşür.

Tamaşada rəssamın əsərlərindəki kimi cansız obyektin başqa şəklə salınması göstərilir. Hər şey bu dünyada tam dövrə keçir-doğulur, inkişaf edir və təyin olunmuş zaman qeyb olur. Arası kəsilməyən dövrana insanlar və cisimlər labüd surətdə cəlb olunurlar.

Quruluşçu rəssamı Leyla Quliyeva olan tamaşada rolları aktyorlar Kamal Alen, Diana Zərbayılova, İskra Tarrant, Lalə Babayeva, Çimnaz Əliyeva, Allan Suleykin, Olqa Quliyeva və Zərif Bəkirova ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.