DÜNYA


Fırtına İtaliyanın şimal şəhərlərinə ciddi ziyan vurub

Bakı, 11 avqust, AZƏRTAC 

Güclü yağış və fırtına İtaliyanın şimalında yerləşən Venesiya və Jesolo şəhərlərinə ciddi ziyan vurub.

AZƏRTAC Euronews-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 50 nəfər yaralanıb. Yağış və fırtına xüsusilə turistlərin düşərgə salmaq üçün getdikləri “Cavallino Treporti” bölgəsinə daha çox təsir göstərib. Güclü külək ətrafdakı ağacları, elektrik, telefon dirəklərini aşırıb.

Yerli səlahiyyətlilər ölüm hadisəsinin olmadığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.