MƏDƏNİYYƏT


Firuz Mustafanın "Müqəvva" əsəri İstanbul teatrında

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Tanınmış yazıçı-filosof Firuz Mustafanın "Müqəvva" pyesi İstanbuldakı "Oda" teatrında nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, "Müqəvva"nı Türkiyədə rejissor Elçin İmanov (El Çino) səhnələşdirib. Baş rolun ifaçısı Kamalə Kamaldır. Tamaşanın rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Elçin Emindir.

Psixoloji monodram kimi qələmə alınmış əsərdə coşqun bir həyat yolu keçmiş Qadının keçirdiyi iztirab və əzablarından söhbət açılır. Vaxtilə bir neçə dəfə ailə qursa da öz xoşbəxtliyini tapa bilməyən bu Qadın yaşadığı hissləri evindəki müqəvvaya nağıl etməli olur. Qadına elə gəlir ki, onu bu aləmdə canlı insanlardan daha çox, bu hissiz-duyğusuz müqəvva daha yaxşı anlaya bilər.

Tamaşada satira, qrotesk notları da güclüdür.

Azərbaycan yazıçısının əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Premyerada bir çox tanınmış simalar iştirak edib.

Türkiyə mətbuatı tamaşa barədə ətraflı informasiyalar dərc edib, radio və televiziya kanalları reportajlar hazırlayıb.

Xatırladaq ki, "Oda" teatrı 1990-cı ildən fəaliyyət göstərir. Bu sənət ocağında Kaan Erkam, Levent Tayman, Niyazi Gezer və Beste Hoşses kimi tanınmış sənətkarlar çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.