CƏMİYYƏT


Fıstığın erkən qəbulu allergiya riskini səksən faizdən çox azaldır

Bakı, 8 yanvar, AZƏRTAC

Pediatrların məsləhətinə görə, uşaqlarda fıstığa olan allergiya riskini azaltmaq üçün dörd aylıq olarkən onlara fıstıq verilməlidir. Araşdırmalar fıstığın erkən qəbulunun allergiya riskini 80 faizdən çox azaltdığını ortaya çıxarıb.

AZƏRTAC “bbc.com” saytına istinadla xəbər verir ki, ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutu bunun sözügedən sahədə yeni addım olduğunu vurğulayıb. Belə ki, 2008-ci ildən bəri ABŞ-da allergiya səviyyəsi dörd dəfə artıb.

Tövsiyəyə əsasən allergiyası və ağır ekzeması olan uşaqlar 4-6 aylıq, yüngül ekzemalı körpələr isə altı aylıq olarkən tibbi nəzarət altında fıstıq tərkibli qidalar qəbul etməlidirlər. Ekzema və allergiyası olmayanlar tərkibində fıstıq olan qidaları sərbəst qəbul edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.