DÜNYA


“Fitch Ratings” Türkiyənin 15 bankının kredit reytinqini endirib

Bakı, 27 avqust, Nihad Budaqov, AZƏRTAC 

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Türkiyənin 15 bankının milli valyutada uzunmüddətli kredit reytinqini aşağı salıb.

AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir. Şərhdə “Ziraat Bankası”, “Halk Bankası”, “Vakıfbank”, “Türkiye Kalkınma Bankası”, “Takasbank”, “Türkiye Sinai Kalkınma Bankası” və “Türkiye İhracat Kredi Bankası”nın (Eximbank) milli valyutada uzunmüddətli kredit reytinqinin “BBB” səviyyəsindən “BBB-” səviyyəsinə endirildiyi bildirilir.

Bundan başqa, “Fitch Ratings” Türkiyənin xarici sərmayəli banklarından “Kuveyt Türk”, “Türkiye Finans”, “Burgan Bank”, “ING Bank”, “Finansbank”, “Alternatifbank”, “ICBC Türkiye” və “Türk Ekonomi Bankası”nın milli valyutada uzunmüddətli kredit reytinqini “BBB+” səviyyəsindən “BBB” səviyyəsinə endirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.