ELM VƏ TEXNOLOGİYA


Fizika İnstitutunda gürcüstanlı alimin məruzəsi dinlənilib

A+ A

Bakı, 1 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Nano-qəfəsli laylarda geometrik aşqarlanma” mövzusunda seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsi direktorunun innovasiya və transfer üzrə müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov seminarın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, məqsəd Gürcüstanla elmi əlaqələr qurmaq, birgə elmi tədqiqatlar aparmaqdır.

Gürcüstanın İlya Universitetinin professoru Avtandil Tavxelidzenin mövzu ilə bağlı məruzəsi dinlənilib.

Alim nano-qəfəsli laylar, bu laylarda aparılan metal ölçmələrin nəticələri və aparılan təcrübələr barədə məlumat verib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Daha sonra qonaq Fizika İnstitutunun innovasiya sektorunda quraşdırılan maddi-texniki baza və burada çalışan alimlərin elmi fəaliyyəti ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.