ELM VƏ TƏHSİL


Fizika İnstitutunda rusiyalı alimin məruzəsi dinlənilib

Bakı, 20 iyun, AZƏRTAC 

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Q.N.Flerov adına nüvə reaksiyası laboratoriyasının rəhbəri Sergey Dmitriyev Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “D.İ.Mendeleyevin dövrü cədvəlinin daha ağır elementləri” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, rusiyalı alim nüvə reaksiyası laboratoriyasında əldə edilmiş elmi kəşflərin nüvə fizikası sahəsində yeni istiqamətlərin inkişafı üçün başlanğıc olduğunu bildirib. O, əldə olunan nəticələr və aparılan təcrübələr barədə iştirakçılara məlumat verib.

Qonaq, həmçinin Fizika İnstitutunun innovasiya sektorunun maddi-texniki bazası ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.