ELM VƏ TƏHSİL


Fizika İnstitutunun gənc alimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi tədqiqatlar aparır

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda magistratura və doktorantura pilləsində təhsil alan gənclərin elmi fəaliyyətinin təşkili istiqamətində hərtərəfli şərait yaradılıb. Onlar xarici ölkələrə yay məktəblərinə, beynəlxalq konfranslara, seminarlara göndərilir. Bundan əlavə, institutda gənc kadrların hazırlanması istiqamətində mühüm tədbirlər görülür.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan elmini dünyada tanıtmağa çalışan gənc alimlərdən biri də Sakin Cabarovdur. Sakin Cabarov 2005-ci ildən AMEA Fizika İnstitutunun qeyri-standart nəzarət və diaqnostika laboratoriyasında işləyir. O, 2010-2014-cü illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) (Dubna, Rusiya) neytron fizikası laboratoriyasında kiçik elmi işçi, elmi işçi, 2014-2015-ci illərdə Bayroyt Universitetinin (Bayroyt, Almaniya) Bavaria Geo İnstitutunun doktoru kimi çalışıb. Sakin Cabarov uğurlu elmi fəaliyyətinə görə 2011-ci ildə Fizika İnstitutunun gənclər mükafatına, 2013-cü və 2015-ci ildə Rusiya Fundamental Tədqiqatlar Fondunun gənc alimlər üçün ayrılmış qrant layihəsi və 2014-cü ildə İslam İnkişaf Bankının gənc tədqiqatçılar üçün ayrılmış təqaüdünə layiq görülüb.

Sakin Cabarov 70 elmi nəşrin müəllifidir. Bu nəşrlərdən 38-i elmi məqalə, 32-si isə respublika və beynəlxalq səviyyəli konfransların tezisləridir. Onun xaricdə dərc edilən 6 məqaləsi elmi ictimaiyyət tərəfindən birmənalı şəkildə nüfuzlu hesab edilən A seriya jurnallarda dərc olunub. Gənc alimin 10 məqaləsi 2017-ci ilin ötən dövrü ərzində yüksək impakt faktorlu jurnallarda dərc edilib. O, elmi tədqiqatlarını BNTİ-nin neytron fizikası laboratoriyasında davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.