ELM VƏ TƏHSİL


Fizika İnstitutunun magistrləri dissertasiya işlərini uğurla müdafiə ediblər

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda 2015-2016-cı il tədris ilində qəbul olunmuş magistrlər dissertasiya işlərini müdafiə ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, fizika-riyaziyyat elmləri üzrə tanınmış alimlərin daxil olduğu Müdafiə Şurasına professor Şakir Nağıyev rəhbərlik edib. Nəzəri və riyazi fizika ixtisaslaşması üzrə magistrlərin müdafiəsində institutun direktoru, akademik Nazim Məmmədov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov və AMEA-nın magistratura şöbəsinin rəisi Hüseyn Hüseynov müşahidəçi qismində iştirak ediblər.

Bəhruz Süleymanlı və Nurlan Abbaslı dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə ediblər.

İyunun 8-də institutun daha iki magistrı dissertasiya işlərini müdafiə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.