ELM VƏ TƏHSİL


Fizika üzrə beynəlxalq konfransda Azərbaycan alimlərinə sertifikatlar təqdim olunub

Bakı, 8 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova və seqnetoelektriklərin radiasiya fizikası laboratoriyasının elmi işçisi Nuranə Əliyeva Rusiyanın Kazan şəhərində keçirilən fizika üzrə seqnetoelektriklərin XXI konfransında iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Kazan Federal Universitetinin təşkilatçılığı ilə keçirilən konfrans çərçivəsində Ə.Mikayılova və N.Əliyeva seqnetoelektriklər fizikası sahəsində tanınmış alimlərlə fikir mübadiləsi aparıblar. Radiasiya Problemləri İnstitutu əməkdaşlarının təqdim etdiyi elmi məruzələr poster təqdimatında müzakirə olunub.

Sonda azərbaycanlı alimlərə sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.