CƏMİYYƏT


Fiziki hərəkətlər kofeinli həbdən daha yaxşıdır

Bakı, 22 may, AZƏRTAC

Pilləkənlə 10 dəqiqə aşağı-yuxarı enib-qalxmaq gümrahlığa kofein içməkdən daha yaxşı təsir göstərir. AZƏRTAC Rusiyanın “AiF Zdorove” qəzetinə istinadla xəbər verir ki, ABŞ-dakı Corciya Universitetinin alimləri apardıqları təcrübədən sonra belə qənaətə gəliblər.

Onların apardıqları təcrübədə xroniki yuxusuzluqdan əziyyət çəkən tələbələr iştirak ediblər. İştirakçılar ayrı-ayrı günlərdə ya kofein tərkibli həb qəbul ediblər, ya da yavaş sürətlə pilləkənlərlə 10 dəqiqə aşağı-yuxarı enib-qalxıblar. Bununla yanaşı onlar yaddaşı və diqqətin toplanmasını qiymətləndirən test suallarına da cavablar veriblər. Nəticələr pilləkənlə gəzintidən sonra iştirakçıların kofeinli həb içdikləri günlərə nisbətən özlərini daha gümrah hiss etdiklərini aşkara çıxarıb. Fiziki hərəkətlər və kofein isə onların koqnitiv qabiliyyətlərinə heç bir təsir göstərməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.