REGİONLAR


Fiziki məhdudiyyətli gənclər üçün “Biz də varıq” adlı yeni layihənin icrasına başlanılıb

A+ A

Gəncə, 26 iyul, AZƏRTAC

Gəncədə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc liderlər” Təhsil-təlim və İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Biz də varıq” adlı layihənin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Gəncədə yaşayan fiziki məhdudiyyətli gənclərin sosial inteqrasiya prosesini sürətləndirmək və onların cəmiyyət tərəfindən uğur hekayələrinin qəbul edilməsinə yardım etməkdir.

Layihə çərçivəsində 5 günlük təlimlər təşkil olunacaq və əlilliyi olan 20 gənc təlimlərə cəlb ediləcək. Təlimlərdə əlilliyi olan gənclərin hüquqları, motivasiyanın artırılması, onlar üçün sosial xidmətlərin təşkili, steriotiplərlə mübarizə üsulları mövzusunda müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.