İQTİSADİYYAT


Fiziki şəxslərin torpaq vergisinin bir hissəsi dövlət büdcəsinə ödəniləcək

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə, 2017-ci il yanvarın 1-dən etibarən fiziki şəxslərin torpaq vergisinin bir hissəsi dövlət büdcəsinə köçürüləcək.

AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, Məcəlləyə edilmiş dəyişiklik nəticəsində kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi (müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə olunan və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları istisna olmaqla) torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 1 manat müəyyən edilir və bu vəsait dövlət büdcəsinə köçürüləcək.

Təyinatı üzrə istifadə olunan və obyektiv səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi isə 1 şərti bal üçün 0,06 manat saxlanılıb. Belə torpaqlardan tutulan vergilər bələdiyyə büdcəsinə köçürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.