DÜNYA


Fiziki təlimin səmərəliliyi əhval-ruhiyyədən asılıdır

A+ A

Bakı, 16 avqust, Günel Məlikova, AZƏRTAC 

Elm adamları fiziki təlimlər zamanı yaxşı əhval-ruhiyyənin psixoloji vəziyyətə də müsbət təsir göstərdiyini bildirirlər.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, bu istiqamətdə aparılan araşdırmalarda 18-31 yaş arası 76 könüllü iştirak edib. İştirakçılara velosiped idmanı ilə bağlı müsbət və mənfi halları özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra iştirakçılar velosipedlərə əyləşərək 30 dəqiqə idman ediblər.

Tədqiqatların sonunda müsbət emosiyalarla məşqə başlayanların özlərini daha yaxşı və gümrah hiss etmələri ilə yanaşı, həyəcanlarının da azaldığı müşahidə olunub.

Bu təcrübənin əldə olunmuş nailiyyətin özünəinamdan irəli gəldiyini bir daha sübut etdiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.