MƏDƏNİYYƏT


Fiziki və əqli məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgi açılıb

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Bakı Fond Birjasının (BFB) təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Babək Plazanın foyesində fiziki və əqli məhdudiyyəti olan uşaqların əl işlərindən ibarət sərgi açılıb.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov bu cür tədbirlərin cəmiyyətimizdə önəmini vurğulayıb, fiziki və əqli məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rolunu qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva tədbirin təşəbbüskarı olan Bakı Fond Birjasının rəhbərliyi və kollektivinə təşəkkürünü bildirib, bu qəbildən olan tədbirlərin keçirilməsində komitə olaraq hər zaman dəstək verməyə hazır olduqlarını deyib.

Sərginin keçirilməsində məqsəd sağlamlıq imkanı məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, onlara qayğı və dəstək göstərmək, gənclərin bacarıqlarını ictimaiyyətə təqdim etmək və cəmiyyətin onlara diqqətini artırmaqdır. Sərgidən toplanmış vəsait əl işlərinin müəlliflərinə təqdim olunacaq.

Tədbirin sonunda uşaqlara hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.