CƏMİYYƏT


Floranın “öldürücü nümayəndələri”

Bakı, 1 avqust, AZƏRTAC

Canlılar aləminin üzvlərindən biri olan bitkilər tənəffüs etdiyimiz təmiz havanın, ehtiyacımız olan qidaların və sərf etdiyimiz enerjinin əsas mənbəyi sayılır. Bununla yanaşı, heyrətamiz mənzərələrin, bihuşedici qoxuların və gözoxşayan rənglərin mənbəyi də bitkilərdir. Beş yüz mindən çox növü olan flora aləmi bəşəriyyət üçün mühüm yer tutur. Lakin dünyada bəzi bitkilərə sadəcə flora nümunəsi kimi yanaşmamaq lazımdır. Çünki onlar nə qədər gözoxşayan, faydalı olsalar da, elə növlər var ki, insan həyatına son qoya bilər.

AZƏRTAC CNN Türk-ə istinadla dünyanın ən zəhərli bitki və ağacını oxuculara tanıtdırır.

Gənəgərçək bitkisi Aralıq dənizi hövzəsi, Şərqi Afrika və Hindistan ərazisində yetişsə də, dekorativ və təbabət məqsədilə dünya miqyasında geniş yayılıb. Risin adlı toksiki maddə bitkinin hər yerində, xüsusilə toxumlarında cəmlənib. Həmin bitkidən qida məqsədilə istifadə edən şəxsdə zəhərlənmə özünü bir neçə saat içərisində büruzə verir. Ağız və boğazda yanma hissi, qarın ağrısı, qanlı ishal və qusma həmin əlamətlər arasındadır. Zəhərlənmə başladıqdan sonra qarşısını almaq qeyri-mümkündür. Son olaraq dehidratasiya, yəni orqanizmin susuzlaşdırılması səbəbindən ölüm günlər içində yavaş-yavaş və əzablı şəkildə gerçəkləşir.

Dünyanın ən zəhərli ağacı adlandırılan Mançinel ağacı Baham, Karib adaları, ABŞ-ın Florida ştatı, Orta və Cənubi Amerika bölgəsində rast gəlinən nadir növlərdən biridir. Ona ən kiçik bir toxunuş belə dəri üzərində yanıqlar meydana gətirəcək qədər güclü təsirə malikdir. Bədən həmin zəhərə qarşı qısa müddət içində reaksiya verir və dəridə qabarcıqlar halında su toplanmağa başlayır. Əgər yağış yağarkən ağaca yaxınlaşar və ağacdan sıçrayan bir yağış damlasına məruz qalarsanız, bu da həyatınız üçün təhlükə deməkdir. Yanan bir Mançinel ağacının dumanı gözə təmas edərsə, korluğa belə səbəb ola bilər. Meyvənin səhvən dişlənilməsi isə ölümlə nəticələnən fəsadlar yaradır. Buna görə ağacın olduğu bölgələrdə xüsusi təhlükəsizlik tədbirləri alınır, kimsənin zərər görməməsi üçün onun ətrafına xüsusi xəbərdarlıq işarələri və lövhələri yerləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.