MƏDƏNİYYƏT
“Flydubai” yay mövsümündə Qəbələyə uçuşlar elan edir
Əbu-Dabi, 15 iyun, AZƏRTAC
Ramazan bayramı ərəfəsində Dubay əmirliyinin “Flydubai” aviadaşıyıcısı Qəbələyə uçuşlar həyata keçirməyə başlayacaq. Səyahət həvəskarlarını Azərbaycanın ən gözəl guşələrindən birinə getməyə dəvət edən aviaşirkət bu məlumatı öz saytında yerləşdirib.
Reyslər Dubaydan həftədə iki dəfə olmaqla iyunun 22-dən sentyabrın 17-dək həyata keçiriləcək. Dubay-Qəbələ istiqaməti üzrə “ekonom klass” biletin qiyməti 1250 dirhəmdən (təxminən 340 dollar), “biznes-klass” biletin qiyməti 4868 dirhəmdən (təxminən 1330 dollar) başlayır.
Qeyd edək ki, Qəbələ “Flydubai” aviaşirkətinin Azərbaycanda ikinci marşrutudur. Şirkət, həmçinin yay mövsümündə Batumiyə (Gürcüstan) və Tivata (Monteneqro) uçuşlar elan edib. https://www.flydubai.com/en/destinations/central-asia/azerbaijan/qabala
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]