MƏDƏNİYYƏT


“Folklor və etnoqrafiya” beynəlxalq elmi jurnalının ikinci nömrəsi işıq üzü görüb

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

“İSBN” nəşriyyatında “Folklor və etnoqrafiya” beynəlxalq elmi jurnalının ikinci nömrəsi çap olunub.

AZƏRTAC xəbər verir ki, jurnalın ilk səhifəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının Aşıq Ələsgərə həsr etdiyi “Ələsgərəm, hər elmdən halıyam...” sərlövhəli yazısı yer alıb.

Nəşrin “El yaddaşı”, “Söz böyüklərimiz”, “Sayalı yurdlar”, “Soyumuz-soydaşımız” və digər rubrikalarda professorlar - Yusif Səfərovun “Naxçıvan rəvayətləri”, Əli Süleymanovun “Bayatılarımızın yer-yurd yaddaşı”, Abbasqulu Nəcəfzadənin “Cəfər Cabbarlının ilk müəllimi-Aşıq Zərnişan”, İsmayıl Məmmədlinin “Əta Tərzibaşının ruhuna hörmət və ehtiram kitabı” və digər yazılar, elmi-nəzəri məqalələr dərc olunub.

Jurnalda “Sirli-sehrli sözlər”, “Sözlərin alt qatı” adlı bölmələrdə maraqlı yazılar və aşıq havacatlarının mənəvi-ruhi əsasları haqqında da fikirlər verilib.

Jurnalın yaradıcısı və məsləhətçisi Məhərrəm Qasımlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.