ELM VƏ TEXNOLOGİYA


Fond materialı bərpa olunub

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi fondlarını zənginləşdirmək məqsədilə maddi-mədəniyyət nümunələrinin qəbulunu davam etdirir.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, son zamanlarda qəbul edilmiş tunc şamdan bu müəssisənin bərpa laboratoriyasında bərpa olunub.

Zaqatala rayonunda əkin sahəsindən tapılmış şamdan nazik tunc lövhədən nəfis şəkildə hazırlanıb, hündürlüyü 25 santimetrdir. Gövdəsi boruşəkilli, en kəsiyi altıbucaqlıdır.

Azərbaycanın orta əsrlər maddi mədəniyyətinə aid olan şamdan təmsil etdiyi dövrdə metalişləmə sənətinin inkişaf səviyyəsi haqqında dolğun təsəvvür yaradır. Bununla yanaşı, bu tapıntı Azərbaycanın orta əsrlər dövrü əhalisinin məişətini və bədii-estetik zövqünü əks etdirən mənbə kimi də çox dəyərlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.